21 Avqust 2015 00:18
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır”. Bu fikri YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib.

N.Əhmədov bildirib ki, YAP seçkilərin keçirilməsində böyük, zəngin təcrübəyə malikdir. Onun sözlərinə görə, bu mənada noyabr ayında keçiriləcək parlament seçkilərində də qazanılan təcrübədən səmərəli istifadə olunacaq.

“Bizim seçkilərə hazırlıqla bağlı heç bir problemimiz yoxdur. Rəhbərlik etdiyim YAP Xəzər rayon təşkilatı da bu kampaniyaya hazırdır. Seçki üzrə böyük təcrübə qazanmış xeyli sayda mütəxəssislərimiz var ki, onlar seçki kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunur. Eləcə də, müşahidəçi funkisyanı yerinə yetirən fəallarımız xeyli saydadır. Bizim təşkilatın minlərlə üzvü var. Mütəmadi olaraq ilk təşkilatlarla sıx işləyirik. Hesab edirəm ki, partiyamız bu seçkilərdə də böyük qələbə qazanacaq. İlk növbədə, Azərbaycanda həyata keçirilən inkişaf siyasəti bu qələbənin təminatıdır”, – deyə N.Əhmədov qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər