29 May 2014 16:54
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ştrasserin erməni lobbisi ilə yaxınlığı var”

“Almaniyada bir sıra təşkilat var ki, Azərbaycanın milli maraqlarının əleyhinədilər”.

Bu fikirləri Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş məruzəçisi Kristofer Ştarsserin Avropa Sabitlik Təşəbbüsü (ESİ) ilə birgə Azərbaycanla bağlı keçirəcəyi konfransa münasibət bildirərkən qeyd edib.

O, həmin təşkilatların birbaşa erməni lobbisi ilə bağlı olduğunu diqqətə çatdırıb: “Düşünürəm ki, Ştrasserin də erməni lobbisi ilə yaxınlığı var. Belə insanlar və təşkilatlar bundan istifadə edib Azərbaycan dövlətçiliyinin, milli maraqlarının əleyhinə fəaliyyət göstərirlər. Bu da Qarabağ problem ilə bağlıdır və Azərbaycanın imicinin korlanmasında və digər amillərdə də bu faktor önə çıxır”.

N.Orduxanlı deyib ki, Xədicə İsmayılla Emin Millinin Azərbaycanın əleyhinə olan bir tpolantıya qatılacağını təbii qarşılayır. Onun fikrincə, Xədicə İsmayılın Azərbaycan dövlətinə heç bir aidiyyatı yoxdur: “Onun dünyagörüşü, fəlsəfəsi Azərbaycanın maraqlarına ziddir və daim fəaliyyətində bunu biruzə verir. Bu xəbəri təəccüblə qarşılamadım və hesab edirəm ki, doğru edib onları dəvət ediblər”.

Bəxtiyar Məmmədli


Müəllif: