23 Avqust 2015 00:28
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Azərbaycanda növbəti parlament seçkilərinə hazırlıqla bağlı yazı yerləşdirilib.

Yazıda qeyd olunur ki, Azərbaycanda cari ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə hazırlıq sürətlə və yüksək səviyyədə aparılır. Məqalədə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun fikirləri yer alıb. O, seçki kampaniyasının avqustun sonlarında başlanmasının nəzərdə tutulduğunu bildirib. Vurğulayıb ki, seçkilərin demokratik, ədalətli və dinc şəraitdə keçməsi üçün siyasi və sosial sabitlik önəmli amildir. Bu baxımdan, nümunəvi ölkələrdən olan Azərbaycan regionda ən stabil dövlətlərdən biridir. M.Pənahov əlavə edib ki, beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri müşahidə etmələri üçün lazımi şərait yaradılacaq. Seçkilərin şəffaf keçməsi üçün vacib məsələlər həllini tapacaq. Bir çox səsvermə məntəqələrində müşahidə kameraları quraşdırılıb və bununla da hər kəs seçki prosesini canlı olaraq izləyə biləcək.

Məqalədə Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalovun fikirlərinə istinadla vurğulanır ki, seçkilər ərəfəsində ölkədə təhlükəsizliyin təmin olunması üçün lazımi tədbirlər görüləcək.


Müəllif:

Oxşar xəbərlər