25 Avqust 2015 14:42
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əslində bu gün dunyada baş verən toqquşma və qarşıdurmaları lokal qarşıdurmalar kimi xarakterizə etmək hadisələrin miqyasını bir qədər kiçiltmək kimi görunə bilər. Çünki ilk baxışda lokal görünən bu toqquşmaları arxasında əslində dünyanın ən hegemon gücləri dayanıb”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu dominant güc mərkəzi imperialist Avropa və onun siyasi iradəsinə qarşı müqavimət göstərməyə çalisan digər iddialı dövlətlərdir: “Digər kateqoriya kimi səciyyələndirdiyimiz dövlətlər Avropa imperializmi kimi təşkilatlanmş və koordinasiya edilmiş deyillər. Elə səpələndikləri siyasi coğrafiya da genişdir. Ancaq buna baxmayaraq, dunyanın, xüsusilə də Yaxın Şərqin yenidən dizayn edilməsində təsirli olmağa çalışırlar. Diqqət etsək, elə Avropanın da monoloit siyasi birlik olmadığını görəcəyik. Avropada da iki ciddi qruplaşma mövcuddur. Bunlardan bir Almaniya və Fransanın öndərlik etdiyi Avrosentristlər, digəri isə ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi Avroatlantiklərdir. Hadisələrin hazırkı mərhələsində Avroatlantiklər diktə edən tərəfdir. Ancaq hər fürsətdə Avrosentristlər təşəbbüsü ələ keçirməyə çalışırlar. Liviyanın işğalında biz Fransanın timsalında bunu çox açıq şəkildə müşahidə edə bildik. Almaniya isə Yunanıstan problemi məsələsində lider olmağa çalışdı. Eyni zamanda 2011-ci ildə Azərbaycandan başlayaraq Qafqazda təşəbbüsü ələ keçirmək niyyətinə düşdü. Ancaq Qafqazda Rusiya faktorunu hesablayarkən ciddi xətalara yol verdiyinə görə ugursuzluğa məkum oldu. Eyni uğursuzluq Macarıstan məsələsində də yaşandı. Ona görə də Almaniya heç olmasa, Yunanıstanla bağlı problemin həllində söz sahibi kimi görunməyə çalışır. Bu məsələdə Avroatlantik qrublaşma passiv müşahidəçi görünsə də əslində hadisələrə kifayət qədər nəzarət edə bilir. Yaxin Şərqin yenidən inşası məsələsində isə Xristian Klubu yəni Avrosentristlər və Avroatlantiklər tam həmrəydirlər. Üstəlik Yaxın Şərqdə bu məsələdə onların cox ciddi bir müttəfiqləri də var. Ancaq müəyyən səbəblərdən onun adı heç bir səkildə hallandırılmır. Mən də bu siyasi ənənəyə sadiq qalaraq bu dövlətin adını çəkməyəcəyəm. Ancaq bu dövlət klassik Şərqi çox məharətlə öz maraqlarına uyğun yenidən dizayn etməkdədir. Göründüyü kimi lokal kimi səciyyələndirdiyimiz hadisələrin arxasında dünyanın ən hegemon güclərinin maraqları dayanıb”.

H.Babaoğlu deyib ki, yaxın perspektivdə Yaxın Şərqdəki proseslərə yeni güclərin müdaxiləsinin şahidi ola bilərik: “Artıq bu barədə bəzi ölkələrin çox ciddi rəsmi şəxsləri həvəslə danışmağa başlayıblar. Əgər belə olacaqsa, Yaxın Şərqdə vəziyyət daha da mürəkkəbləşə bilər. Ancaq nüvə müharibəsi hətta uzunmüddətli perspektivdə belə real görünmur. Çünki buna heç ehtiyac da yoxdur. İmperialistlər dünyanı bölmək və istismar etmək üçun daha effektiv vasitələr tapıblar. Bunlardan ən təsirlilərindən birinin adı “Yumşaq Güc”dür, yaxud informasiyaya əsaslanan rasional manipuliyativ metoddur”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər