25 Avqust 2015 15:51
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Partiya seçkilərə təkbaşına gedəcək

Bu gün Azərbaycan Demokrat Partiyasının (ADR) rəhbərliyi toplantı keçirib.

Teleqraf.com xəbər verir ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə obyekti olub. Toplantı iştirakçıları son günlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejiminə məhəl qoymadan bütün cəbhə boyunca təşkil etdiyi silahlı hücumların qarşısının ordumuz tərəfindən qətiyyətlə alınması, düşmən qüvvələrin ağır itkilər verərək geri çəkilməsi faktından məmnun olduğunu bildirib və milli ordumuzu təcavüzkar düşmənə qarşı mübarizədə ayıq-sayıqlığını itirməməyə və döyüş hazırlığını qoruyub saxlamağa çağırıb.

İdarə Heyəti PKK terror təşkilatının Bakı-Tiflis-Qars qaz kəmərini partlatması, Türkiyə ərazisində yanğınlar, partlayışlar törətməsi, qardaş ölkədə separatçı hərəkətlər etməsi, Azərbaycan Türkiyə arasında hərəkət edən və içərisində soydaşlarımızın olduğu avtobusları saxlayaraq onları girov götürməsi faktlarından ciddi narahat olduğunu bildirib, PKK-nın qanlı əməllərinə susqunluq nümayiş etdirən Avropa dövlətlərini bölgəni qana sürükləyən PKK və İŞİD-lə mübarizədə Türkiyənin yanında olmağa səsləyib.

Qarşıdan gələn parlament seçkilərinə dair məsələni müzakirə edən İdarə Heyətində ADP-nin seçkidə koalisiya şəklində iştirakla bağlı səylərinə baxmayaraq müxalifətin mümkün seçki blokunun alınmamasından təəssüf ifadə edilib. Partiyanın seçkidə təkbaşına iştirakı ilə əlaqədar ilkin qərar qəbul edilib və ADP-nin mərkəzi seçki qərargahı yaradılması (MSQ) haqqında qərar qəbul edilib. Qərarda partiya İdarə Heyətinin tam tərkibdə MSQ-nın tərkibinə daxil edilməsi və seçki dövründə partiya adından qərarların verilməsi səlahiyyətinin bu quruma verilməsi qeyd edilir.

Cavidan


Müəllif:

Oxşar xəbərlər