27 Avqust 2015 01:00
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrail Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Dan Stavı qəbul edib.

XİN mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə səfir Dan Stav etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Dan Stav diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Nazir Elmar Məmmədyarov Dan Stava diplomatik fəaliyyətində uğurlar arzu edib.


Müəllif:

Oxşar xəbərlər