29 May 2014 22:24
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin sədrinin Rusiyaya səfərinin tarixi məlum olub.

Polad Bülbüloğlu: "Səfər çərçivəsində Oktay Əsədov Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın sədri, baş nazirin müavini Dmitri Roqozinlə də görüşəcək"

Teleqraf.com bildirir ki, Azərbaycan Milli Məclisinin sədrinin Rusiyaya səfərinin tarixi məlum olub. Belə ki, parlament sədri Oktay Əsədov iyunun 5-6-da Moskvaya səfər edəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Azərbaycın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

Moskvada "Parlamentskaya qazeta"nın mətbuat mərkəzində keçirilən "Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər" adlı dəyirmi masada çıxış edən səfir bildirib ki, Oktay Əsədovun səfəri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti əsasında baş tutacaq: "Azərbaycan parlamentinin sədri səfər çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın sədri, baş nazirin müavini Dmitri Roqozinlə görüşəcək".


Müəllif: