Rusiyanın hər hansı ölkə ilə bizim günahımız üzündən yaranmayan fikir ayrılığı, ümidvaram ki, ATƏT Minsk qrupunun işinə təsir göstərməyəcək.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu vəzifədə keçirdiyi ilk brifinqində bəyan edib. O qeyd edib ki, Rusiya tərəfindən heç bir problem və ya suallar “ola bilməz”.
M.Zaxarova vurğulayıb: "Biz bu formatın iştirakçılarıyıq və öhdəliklərimizə çox məsuliyyətlə yanaşırıq. Biz bu qrupun gündəliyində nə dərəcədə ciddi mövzunun olduğunu başa düşürük".