Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Avroliqanın pley-off mərhələsində uğur qazanmaqları münasibəti ilə “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib.
Partiyadan Teleqraf.com-a verilən məlumata görə, Q. Həsənquliyevin təbrik məktubunda deyilir:
“Azərbaycan futbol ölkəsi kimi tanınmasa da, “Qarabağ” FK-nın ikinci dəfə, “Qəbələ” FK-nın isə ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması futbolumuzun böyük uğuru kimi qiymətləndirilməlidir. Bu qələbələri sevinclə qarşılayan xalqımız sizdən daha böyük uğurlar gözləyir”.