28 Avqust 2015 18:08
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak etmək üçün avqustun 30-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə yola düşəcək.

Milli Məclisin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, tədbirdə Parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament ölçüsünün artması, Parlamentlərin işində gender bərabərliyinin təşviqi, Parlamentin yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində rolu və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun konfransda iştirak edəcək bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulmuşdur.

Parlament nümayəndə heyətinin səfəri sentyabrın 4-də başa çatacaq.


Müəllif:

Oxşar xəbərlər