29 Avqust 2015 19:58
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müsavat Partiyası Məclisinin sessiyası keçiriləcək. İclasda ölkədəki ictimai-siyasi durum, qarşıdan gələn parlament seçkiləri, seçkilərdə iştirak edəcək müsavatçı namizədlərin siyahısı və kimliyi müzakirə olunacaq.

Gözlənilir ki, Müsavat Məclisi seçkiyə qatılacaq və dairələrini müəyyən etmiş şəxslərin namizədliyini təsdiq etsin. Bundan sonra həmin şəxslər Müsavatın rəsmi namizədləri statusunu alacaqlar.

Əldə etdiyimiz məlumata görə, Məclisdə partiyanın 50-yə yaxın namizədi müzakirəyə çıxarılacaq. İsa Qəmbərin adının siyahıda olmadığı qeyd edilir. ADR Hərəkatında Müsavat üzvü olmuş şəxslər isə iddia edirlər ki, partiya namizəd olmaq üçün adam tapmır. Odur ki, planı doldurmaq üçün hər rayon təşkilatına tələb qoyur ki, bir nəfər namizəd irəli sürsün.

Qeyd edək ki, Məclisdə Tural Abbaslının ciddi şəkildə tənqid ediləcəyi də gözlənilir.

Cavidan


Müəllif:

Oxşar xəbərlər