29 Avqust 2015 21:59
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP-də maraqlı proseslərin yaşandığı artıq müşahidə edilir.

Bu proses AXCP sədrinin müavini Əbülfəz Qurbanlı istefaya getdikdən sonra daha qabarıq formada özünü büruzə verməyə başlayıb. Qurbanlının AXCP-dən istefa verməsinin əsl səbəbləri haqqında hələdə dəqiq informasiya yoxdur. Ancaq dünən bu istefanın konkret səbəbləri haqda cəbhəçilərdən məlumat almışıq.

Xəbərə görə, bir müddət əvvəl Əbülfəz Qurbanlı Gəncəyə gedib, burada dağılan partiyanın yerli təşkilatını qurub, təşkilata isə Türkiyədə təhsil alan gənc bir oğlanı qoyub. Bu hal AXCP sədri Əli Kərimlinin xoşuna gəlməyib. O, Qurbanlını yanına dəvət edərək tələb edib ki, qurulan rayon təşkilatını Həsən Kərimova versin. H.Kərimov isə yaşlı bir insan taparaq onu sədr qoymaq istəyib. Bu da Qurbanlının xoşuna gəlməyib və ciddi mübahisə yaranıb. Nəticədə Qurbanlı partiyadan istefa verib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər