Gürcüstan mediası "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin əleyhinə kampaniyaya start verib. Bu barədə Məmmədlinin özü məlumat verib.
Cəmiyyət sədri sosial şəbəkələrdə qeyd edib ki, Gürcüstanda fəaliyyət göstərən iki media orqanı artıq onu separatçılıqda, anti-Gürcüstan fəaliyyətində ittiham edir:
"Gürcüstanın bəzi mətbuat orqanlarında əleyhimizə vahid mərkəzdən idarə olunan təxribatlar davam edir. Gürcü siyasi hakimiyyəti isə bizə qarşı imza toplama kompaniyasına start verib. Bizə qarşı terrorist, separatçı, Gürcüstanı parçalamağa çalışan, casusu kimi absurd, təxribat xarakterli ittihamlar irəli sürməklə tarixi məsuliyyətsizliyə imza atmaqdadırlar. Soydaşlarımızdan təmkinli davranış və Gürcüstan dövlətçiliyi mövqeyində olmalarını gözləyirik. Erməni-rus-qarışıq "gürcü" təxribatını ağıl və idrakımızla məğlub edəcəyik".
Qeyd edək ki, hazırda Məmmədlinin Gürcüstana girişinə qadağa qoyulub.
Cavidan