1 Sentyabr 2015 13:57
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyətini universitetdə görməkdən məmnun olduğunu bildirib və universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun salamlarını qonaqlara çatdırıb. Professor bu mərkəzin Azərbaycan–Amerika əlaqələrində, ADU və ABŞ universitetləri arasında əməkdaşlığında əhəmiyyətli rolu olduğunu qeyd edib.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə öz çıxışında ADU-nun Amerika mərkəzinin fəaliyyətinə toxunub və bu mərkəzin regionda yeganə böyük mərkəz olduğunu vurğulayıb. O, Amerika mərkəzindən təkcə ADU-nun tələbələrinin deyil, digər universitetlərin tələbələrinin də istifadə etdiyini söyləyib. Millət vəkili Azərbaycan və ABŞ arasındakı əlaqələrin təhsil sahəsindəki uğurlarını, təhsil və mədəniyyətin ölkəmiz üçün əhəmiyyətini qeyd edib.

DİP sədri Azərbaycan mədəniyyətinin təbliği məqsədilə ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyətinə Azərbaycanın caz və muğam musiqisindən ibarət disklərini hədiyyə edib.

Görüşdə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Azərbaycanın çox maraqlı və demokratik bir ölkə olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən Nyu-Meksiko ştatının dövlət senatoru Meri Key Papen Azərbaycanla Nyu-Meksiko ştatı arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə ABŞ səfirliyinin əməkdaşı Stiv Quis və universitetin professor-müəllim heyəti də iştirak edib.


Müəllif:

Oxşar xəbərlər