1 Sentyabr 2015 14:08
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament seçkilərinə hazırlıqla bağlı işlər davam edir. Belə ki, artıq bir sıra partiyalar öz namizədlərini müəyyənləşdirməklə yanaşı, həm də seçkidə iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət ediblər. Hər kəsin bildiyi kimi, bu il parlamentə keçiriləcək seçkilərdə sürprizlərin olacağı da gözləniləndir.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, belə sürprizlərdən biri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə bağlıdır. Belə ki, S.Rüstəmxanlı bu il Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyəcək. Onun əvəzinə həyat yoldaşı, Türk-Azəri Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı parlament seçkilərinə qatılacaq.

Ancaq onun S.Rüstəmxanlının seçildiyi 72 saylı Yardımlı-Masallı seçki dairəsindən və ya başqa dairədən namizəd olacağı hələ ki bəlli deyil.

Onu da qeyd edək ki, bir neçə gün öncə Teleqraf.com-a açıqlama verən Sabir Rüstəmxanlı 25 ildir deputat olduğunu bildirmişdi. O, dolayısı ilə yenidən namizədliyini irəli sürəcəyini bildirmişdi: “25 ildir deputatam, amma Milli Məclisdən yorulmamışam. Elə bir hiss qəti yoxdur. Mən parlamentdən canımı qurtarmağı düşünmürəm”.


AZAD


Müəllif:

Oxşar xəbərlər