1 Sentyabr 2015 14:38
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

NİDA Vətəndaş Hərəkatı bu il keçiriləcək parlament seçkilərində 4 namizədlə iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, NİDA-nın üzvü Turqut Qəmbər Müsavat partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib ki, 4 dairə üzrə namizədləri olacaq: "Bunlar 9-cu dairədən Ülvi Həsənli, 18-ci dairədən Ramin Hüseynov, 29-cu dairədən Elgiz Qəhrəman və 106-cı dairədən Nicat Əmiraslanov olacaq. Biz seçkilərdə müstəqil şəkildə iştirak etmək fikrindəyik. Ancaq, buna baxmayaraq həm Müsavat Partiyası, həm REAL hərəkatı ilə əlaqələrimiz var. Müşahidəçilik məsələsində onlarla əməkdaşlığımız olacaq.”

Turqut Qəmbər hərəkatın namizədlərinin sayında dəyişikliklər olacağını da bildirib: “Ola bilər ki, yaxın günlərdə bizim namizədlik siyahımız genişlənsin. Belə olduğu təqdirdə mətbuata məlumat verəcəyik.”


Müəllif:

Oxşar xəbərlər