ABŞ-ın 35 milyonluq oxucu auditoriyası olan məşhur "İndependent Journal Review" on-line nəşri Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin məqaləsini dərc edib. Məqalənin tərcümə olunmuş variantını təqdim edirik.
ABŞ mediası Azərbaycana qara yaxır: Bu necə və nəyə görə dayandırılmalıdır?
Merriem Vebstere görə, "böhtan - kiminsə haqqında insanlarda pis fikir formalaşdıran saxta ifadələr işlətməkdir”.
Eyni mənbəyə görə, "qarayaxma - kiminsə haqqında insanlarda pis fikir formalaşdıran saxta materiallar dərc etməkdir”.
Bura, həqiqi faktları gizlədərək hekayəni yarımçıq nəql etməyi, ancaq hekayəyə həqiqətlər əlavə edilsəydi, tamam başqa situasiyayla qarşılaşacağımızı daxil edə bilərikmi?
Bura, həmçinin şərə, böhtana məruz qalanın bir ölkə olmasını da daxil edə bilərikmi? Əgər cavab “bəli”dirsə, onda Azərbaycan Respublikası demək olar ki, hər gün qarayaxmalara və böhtanlara tuş gəlir.
Amerikanın məşhur və qeyri-məşhur media orqanlarında nəşr olunan məqalələr bu qızğın kampaniyanı özündə əks etdirir. "Washington Post” qəzetindən o yana keçməyə ehtiyacımız da yoxdur. Qəzetin materiallarındakı birtərəfli və yarımçıq məlumatlar insanı həqiqətən də heyrətlənməyə sövq edir. "Washington Post”un balaca olsa da, önəmli ölkə olan Azərbaycan haqqında nəşr etdiyi materialların həcmi olduqca ziyanlı aludəçiliyi gözlər önünə sərir.
Belə media orqanlarındakı məqalə səhifələrindəki bir hissə adətən özlərini ekspert adlandıran insan hüquqları "aktivistləri”nin və qondarma "jurnalistlərin”, hətta xoşniyyətli keçmiş məhbusların fikirləri üçün rezerv edilir. Azərbaycanın qonşuluğundakı dövlətlərdən birinin şəxsən ödədiyi sifariş əsasında Azərbaycan haqqında ziddiyətli əhvalatlar uyduran şəxs sadəcə buna iddia edir deyə, avtomatik olaraq insan hüquqları aktivisti və ya juralistmi hesab edilməlidir?
"Washington Post” və digər mətbuat orqanlarının Azərbaycanda "azad mətbuat”a dəstək adı ilə dəstək verdiyi müxalif media və azad, tənqidi fikir səsləndirənlər doğrudanmı, vacib problemləri qaldırır və ictimaiyyəti maarifləndirirlər? Yoxsa, onlar sadəcə xarici dövlətlərin, əksərən qaranlıq və qeyri-şəffaf mənbələrin maliyyəsi əsasındakı sifarişləri yerinə yetirirlər?
Məsələn, bu olduqca karıxdırıcı faktdır ki, tamamilə ABŞ vətəndaşlarının vergiləri əsasında maliyyələşən Azad Avropa/Azadlıq radioları necəsə "müstəqil” yayım orqanlarıdır. İran Dövlət Radiosu və "Russia Today” də ola bilsin müstəqildirlər və "Washington Post”a görə dəstəklənməlidirlər.
Əgər belədirsə, əcəb müstəqillikdir!
Reallıq odur ki, SSRİ-nin dağılmasından sonra, 1991-ci ildə müstəqillik qazanan Azərbaycan Respublikası və xalqı qərara gəldi ki, artıq heç vaxt Sovet zamanlarında məruz qaldıqları Böyük-Qardaşa bənzər cəmiyyətin bir parçası olmayacaqlar. Ona görə də təəccüblü deyil ki, Azərbaycan insan hüquqlarını və azadlıqlarını məhdudlaşdırmaq kimi hücumlarla qarşılaşanda vətəndaşlar özlərini böhtana və şərə məruz qalmış kimi hiss edirlər.
Unutmaq olmaz ki, Azərbaycanda demokratiya inkişaf etməkdədir. Belə ölkələrdə balans qurmaq üçün mübarizə aparılır: bu ölkə öz keçmiş reputasiyasından, dəqiq desək, Sovet rejimi kimi zorakı dövlət modelindən sıyrılmağa, şərq və qərbin demokratik cəmiyyətləri arasında yeni oyunçu kimi öz xarakterini nümayiş etdirməyə çalışır. Bütün post-sovet və post kommunist ölkələrinin insan hüquqlarını pozmaq kimi ittihamlarla üzləşmək təcrübəsi var (onlardan bəziləri maliyyə, bəziləri isə qeyri-maliyyə əsasında baş tutur).
Ancaq bunu qeyd etmək vacibdir ki, bu narahatlıqlar siyasi elitada təmsil olunan keçmiş Sovet ölkələrinin sayına birbaşa uyğun olmalıdır.
İnkişaf edən demokratiya kimi Azərbaycan Respublikası demokratik islahatlar üçün ölkə daxilində siyasi, ictimai və biznes idarəçilərinin artımına fokuslanıb. Belə məqsədlər vaxt tələb edir. Çe Gevaranın ideyası olan inqilab ixracı kimi, demokratiya da ixrac məhsulu sayıla bilməz: bunların hər ikisi yanlış ideyadır.
Hələ də Sovet sayağı təsir altında qalan ölkələrin mətbuatının oynadığı rol Azərbaycana olan mənfi təsirlərin artımında vacib rol oynayır. Mətbuat və dövlət anlayışı çərçivəsində Ermənistan əsas nümunədir. Ciddi şəkildə Rusiyanın təsiri altında olan Erməni lobbisi Azərbaycanın hədəf alınmasında demokratiya sözündən silah kimi yararlanır, ancaq bir fakt undulur ki, bir çox Amerika media orqanlarında Azərbaycan dünyanın ən inkişaf etməkdə olan demokratiyalarından biri kimi göstərilir. Ermənistanın və Rusiyanın məqsədləri aydındır: inkişaf etməkdə olan demokratiyaları Qərbə tərəf deyil, Rusiyaya tərəf getməyə məcbur etmək.
Yeni minillikdə inkişaf edən demokratiyalarda multikulturalizm ən əhəmiyyətli dəyərlərdən biri olduğu halda, mono-etnik Ermənistana göstərilən dəstək fərqlilik barədə təhlükələri gücləndirir. Buna görə də ABŞ və onun qərbdəki müttəfiqləri Azərbaycanla əməkdaşlıq etməli və multikultural dəyərlərin, özünə uyğun demokratiyanın inkişafına və sərhədlərə qədər gəlib çatan İslam fundamentalizmi riskinin azaldılmasına töhvə verməlidir.
Əlbəttə, mətbuatın rolu danılmazdır. Onda nə üçün Azərbaycan bir və yaxud digər mətbuat orqanı, bu və ya digər "aktivist” tərəfindən hücumlara məruz qalanda, hansısa dəqiq fakt sübut kimi göstərilə bilmir. Sadalanan terminlər anlaşılmazdır, "sərt tədbirlərin görülməsi” kimi. İranın himayə etdiyi araqarışdıranın həbsi mənim dövlətimə "sərt tədbirlər görür” deməyə doğrudanmı rəvac verir? O necə jurnalistdir ki, savadsız bir lakey olsa da, Azad Avropa Radiosu ona görə Azərbaycana Birinci Avropa Oyunlarını keçirməsinə və iştirakına görə hücumlar edir?
Mənə deyin. Ancaq bunu deyəndə, subyektivliyinizi kənara qoyun və faktlara istinad edin. Kim, nə, nə vaxt, harda, niyə və necə. Azərbaycanın nəyisə uyğunsuz və səhv etdiyinə dair emprik sübut... sadəcə olaraq mənim xalqımın təsviri üçün ritorika kimi istifadə edilməməlidir. Obyektiv faktların yerinə, hər cür boşboğazlığı dərc etmək və ya yayımlamaq heç bir müsbət məqsəd daşıya bilməz... bu, böhtan və qarayaxmadır.