Azad Demokratlar Partiyası (AzDP) "Azadlıq-2015" seçki bloku ilə yollarını ayırıb.
Teleqraf.com xəbər verir ki, "Azadlıq-2015" seçki blokunin Mərkəzi Seçki Komissiyasına (MSK) qeydiyyatla bağlı ünvanladığı müraciətdə AzDP-nin adı qeyd olunmayıb. Bu isə o deməkdir ki, blokun təsisçilərindən olan partiya blokdan kənarlaşıb.
Qeyd edək ki, "Azadlıq-2015" bloku parlament seçkiləri ilə bağlı dairələr üzrə razılaşdırılmış namizədlərin ilkin siyahısı açıqlasa da, siyahıda AzDP sədri Sülhəddin Əkbərin adı yoxdur. Sülhəddin Əkbər məsələyə münasibət bildirərkən qeyd edib ki, partiyanın seçkidə iştirakı üçün rəsmi dövlət qeydiyyatı lazımdır: "Azadlıq-2015" adından bilindiyi kimi, seçki blokudur. Seçkidə iştirak etməyəcəyiksə, seçki blokunda da iştirak edə bilmərik".
Ayxan