Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti toplantısı keçirilib.
Partiyadan Teleqraf.com-a verilən məlumata görə, iclasda Müsavat Partiyası Ağstafa rayon təşkilatının üzvü İsmayıl Nəzərlinin (İsmayıl Kəsəmənli) sosial şəbəkələrdəki fəaliyyəti müzakirə olunub.
Qeyd olunub ki, İ.Kəsəmənli nizamnaməsinə zidd olaraq, xüsusilə parlament seçkilərinə start verildikdən sonra partiya rəhbərliyinin, sabiq başqan İsa Qəmbərin ünvanına aşağılayıcı yazılar yazıb, mətbuata müsahibələr verib.
MNTK Müsavat Partiyası Nizamnaməsinin tələblərinə əməl etmədiyinə görə İ.Kəsəmənlini partiya sıralarından xaric etmək haqqında qərar qəbul edib.
Daha sonra İsa Qəmbərə qarşı apardığı təbliğata görə partiyanın Sabunçu rayon təşkilatının üzvü Elşən Həsənova xəbərdarlıq olunub.