Bakının Nizami rayonunun H.Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Emin Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.
Oxşar hadisə Nizami rayonunun Q.Qarayev prospektində qeydə alınıb. Bakı şəhər şəhər sakini Ramil Həmidov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilsə, onun həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Hacı Zeynalov