2 Sentyabr 2015 16:11
2 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili parlament seçkilərində YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olacaq

Qərib Məmmədov və Tağı Əhmədov da hakim partiyanın səlahiyyətli nümayəndələri təyin ediliblər

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisə seçkilərdə YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olub.

APA-nın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının “2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında” qərarında əksini tapıb.


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Tağı Əhmədov, millət vəkilləri Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov və Sədaqət Vəliyeva də daxil olmaqla, 157 nəfər hakim partiyanın səlahiyyətli nümayəndələri təsdiq olunublar.


Müəllif:

Oxşar xəbərlər