30 May 2014 12:44
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin üç qadın deputatı Türkiyənin Manisa vilayətinin Soma rayonunda baş verən faciə ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım kampaniyasına qoşulub.

Teleqraf.com-un məlumatına görə, deputatlar Sevinc Hüseynova, Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva bu gün cəmiyyətin bank hesabına ümumilikdə 600 AZN (765 USD) köçürüblər. Onların hər biri Somaya 200 AZN (255 USD) məbləğində yardım edib.

Ümumilikdə, bugünədək Azərbaycan Qızıl Aypara Cəmiyyətində Soma üçün 30957 AZN və ya 39439 USD məbləğində pul yığılıb.

Səxavət


Müəllif: