4 Sentyabr 2015 14:33
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının noyabrın 1-də keçiriləcək parlament seçkilərində mandat uğrunda yarışacaq daha 10 namizədini müəyyənləşdirib.

Teleqraf.com-un xəbərinə görə, iclasda AMİP-in qarşıdan gələn parlament seçkilərinə hazırlığı müzakirə olunub. AMİP Siyasi Şurası 2015-ci il Milli Məclisə seçkilərdə partiyanı təmsil edəcək növbəti 10 nəfər şəxsin namizədliyini təsdiq edib. Siyasi Şuranın iclasında eyni zamanda AMİP səlahiyyətli nümayəndələri və AMİP maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təsdiq olunub və qanunvericiliyə müvafiq olaraq bütün sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunması qərara alınıb. Digər dairələr üzrə irəli sürülmüş namizədlərin təsdiq olunması məsələsi Siyasi Şuranın növbəti iclasının gündəliyinə salınıb.

Qərara əsasən, AMİP Baş Katibi Arzuxan Əlizadənin namizədliyi 26 saylı Sabunçu birinci seçki dairəsindən irəli sürüləcək. AMİP Siyasi Şurasının üzvü Yəhya Həsənov 8 saylı Binəqədi birinci seçki dairəsi; partiyanın Mərkəzi Şurasının Sədri Aydın Əliyev 21 saylı Nəsimi birinci seçki dairəsi; Mərkəzi Şurasının Sədr müavini Nigar Əlicanlı 112 saylı Qax seçki dairəsi; Nizami rayon bələdiyyəsinin üzvü Firuzə Hüseynova 24 saylı Nizami birinci seçki dairəsindən namizəd olacaq.

AMİP Abşeron rayon təşkilatının sədri Təbriz Musayev 45 saylı Abşeron seçki dairəsi; Siyəzən RT sədri Gündüz Dadaşov 54 saylı Şabran-Siyəzən seçki dairəsi; Xaçmaz RT sədri Məhəmməd Qurbanov 55 saylı Xaçmaz şəhər seçki dairəsi; Göyçay RT sədri Teyyub Hüseynli 88 saylı Göyçay seçki dairəsi; Ağstafa RT sədri Mirzahid Hacıyev 108 saylı Ağstafa seçki dairəsində mandat qazanmaq uğrunda yarışacaq.

Qeyd edək ki, AMİP 15 namizəddən ibarət ilk siyahısını avqustun 25-də AMİP rayon təşkilat sədrlərinin iştirakı ilə AMİP Siyasi Şurasının genişləndirilmiş iclasından sonra açıqlamışdı.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər