AXCP-dən istefa verən sədr müavini Əbülfəz Qurbanlı üzə çıxıb.
Sabiq cəbhəçi qeyd edib ki, bir müddətdir ki, Bakıda olmaması onun haqqında müəyyən söz-söhbətlərə rəvac verib. Bir çox media onun işləmək üçün Rusiyaya getdiyini, Dağıstanda fəhləlik etdiyini bildirib. Qurbanlı bu cür yanaşmalarla razılaşmadığını ifadə edib.
Qeyd edək ki, Əbülfəz Qurbanlı bir müddət, doğrudan da, Bakıda olmayıb. Dəqiq məlumata görə, sabiq cəbhəçi Dağıstana qayınlarının yanına gedibmiş.
Onu da xatırladaq ki, Ə.Qurbanlı AXCP-dəki Həsən Kərimov-Gözəl Bayramlı qruplaşmasına etiraz olaraq istefa verib.
Cavidan