AXCP sədri Əli Kərimliyə bağlı olan şəxslər sosial şəbəkələrdə Müsavatın üzvü, “Ağ Blok”un təmsilçisi Tural Abbaslıya qarşı kampaniya aparır, onu sosial şəbəkələrdə tənqid edir və bəzən söyürlər.
Buna səbəb Abbaslının AXCP daxilində baş verən hadisələrə bir qədər fərqli münasibət ifadə etməsi olub.
Cəbhəçilər gözləyirmiş ki, Abbaslı partiya daxilində baş verən hadisələrdə Əli Kərimlini müdafiə edəcək. Lakin Abbaslı tam fərqli mövqe ortaya qoyub: “Razi Nurullayev uzun müddət Əli Kərimlinin müavini olub. Ə.Kərimli bu statusu müavininə həvalə edibsə, deməli, ona inanırmış, etimad göstərirmiş. Əgər R.Nurullayevə inanmasaydı, ona bu vəzifəni verməzdi. Mənim üçün hələ də təəccüblüdür ki, qəflətən nə baş verdi ki, adam öz müavini ilə düşmən səviyyəsinə çatdı”.
Cavidan