7 Sentyabr 2015 17:34
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) maliyyə çətinliyinə görə noyabrın 1-də keçiriləcək parlament seçkilərində cəmi 5 namizəd irəli sürəcək.

Bu barədə Teleqraf.com-a partiya sədri Araz Əlizadə məlumat verib. O deyib ki, 2005-ci ildən sonra ASDP bütün seçkilərdə iştirak etmək qərarı verib: “2010-cu ildə isə hər hansı birlik və ya bloklara qoşulmamaq haqqında qərar qəbul etmişik. Avqustun 30-da partiyamızın Mərkəzi Komitəsinin plenumu oldu, orada seçkilərdə 5 namizədlə iştirak etmək qərarı verdik. Partiyamızın maddi imkanları çox aşağıdır. Pul başımızdan aşmır ki, seçkiyə 70-100 namizədlə qatılaq”.

Səlahiyyətli nümayəndələrin təsdiq olunduğunu söyləyən A.Əlizadə söyləyib ki, yalnız 5 namizədə maddi yardım göstərmək iqtidarındadırlar: “Partiya sədri kimi özüm seçkilərdə iştirak etməyə məhkumam. Məndən başqa 4 nəfər də seçkidə iştirak edəcək. Fikrimizcə, partiyalar seçki yolu ilə mübarizə aparmalıdır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər