8 Sentyabr 2015 00:37
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) daxilində narazılardan ibarət yaradılan Demokratik Birlik Fraksiyası bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyəcək.

Bu barədə musavat.com-a KXCP-nin Salyan rayon təşkilatının sədri, fraksiyanın həmtəsisçisi Ədalət Yusubov məlumat verib .

O bildirib ki, bu qərar fraksiyanın sonuncu iclasında qəbul edilib: "Biz 57 seçki dairəsi üzrə namizədlərimizi müəyyənləşdirmişdik. Amma ölkədəki mövcud durumu nəzərə alaraq, sentyabrın 4-də İdarə Heyətinin iclasında qərara gəldik ki, seçkidə iştirak etməyək. Buna baxmayaraq, iştirak etmək istəyənlərə də haqq tanınıb. Kim müstəqil şəkildə istəsə, seçkilərdə iştirak edə bilər. Biz seçkilərin ənənəvi hakimiyyətin mahiyyətindən doğan proses üzrə aparılacağı qənaətindəyik. Seçiləcək şəxslərin siyahısı da məlumdur. Nəticəsi əvvəlcədən bəlli olan seçkidə iştirak etmək vaxt itkisidir. Azərbaycanda seçki mühiti yoxdur".

Xatırladaq ki, KXCP Mirmahmud Mirəlioğlunun sədrliyi ilə “Azadlıq 2015” seçki blokunda təmsil olunur və parlament seçkilərində blok şəklində iştirak edəcək.


Müəllif:

Oxşar xəbərlər