8 Sentyabr 2015 10:59
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olmaq istəyən şəxslərin ərizə təqdim etməsi üçün cəmi 25 gün vaxtı qalıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) baş katibi Mikayıl Rəhimli bildirib ki, deputatlığa namizəd olacaq şəxs namizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədlərini oktyabrın 2-dək dairə seçki komissiyalarına təqdim etməlidir: "Namizəd ərizə yazandan sonra onun sənədlərinə 5 gün ərzində baxılır və sənədlər yerindədirsə, həmin şəxsə imza vərəqləri verilir. İmza toplanandan sonra bütün sənədlərin təhvili prosesi oktyabrın 2-də bitir. Bir sözlə, qeydiyyat prosesi oktyabrın 2-dək davam edəcək. Həmin gün saat 18:00-də sənədlərin qəbulu prosesi dayanacaq".

Deputatlığa namizədlərin irəli sürülməsi prosesi avqustun 29-dan başlanıb.


Qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı isə oktyabrın 12-dək dövri nəşrlərdə dərc ediləcək.

M.Rəhimli əlavə edib ki, seçkiqabağı təşviqatın aparılmasına oktyabrın 9-da başlanacaq. Onun sözlərinə görə, təbliğat və təşviqat kampaniyası oktyabrın 31-də saat 08:00-da dayandırılacaq.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər