Milli Məclisin deputatı Sevinc Hüseynova sentyabrın 8-dən 9-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.
Teleqraf.com Milli Məclisə istinadən bildirir ki, millət vəkili burada Avrasiya Qadınlar Forumunun təşkilat komitəsinin iclasında iştirak edəcək. Tədbirdə cari ilin 23-24 sentyabr tarixlərində keçiriləcək Foruma hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunacaq.
Cavidan