Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan yoxa çıxıb.
Hazırda parlament seçkiləri dövrüdür, siyasi partiyalar bloklar yaradır, özünə müttəfiqlər tapır. AXCP istisna olmaqla ölkədə fəaliyyət göstərən bütün müxalif qüvvələr namizədlər siyahısını açıqlayıb, müvafiq DSK-lara sənədlərini təqdim edib. Hətta seçki platformasını və proqramını hazırlayan siyasi təşkilatlar var. Belə bir ərəfədə isə Liberal Partiyanın sədri Əvəz Temurxan yoxa çıxıb. Həftə ərzində onun mobil telefonu bağlı olub, yalnız bir dəfə sosial şəbəkədə status yazıb. Bu isə deməyə əsas verir ki, Liberal Partiya seçkilərdə iştirak etməyəcək və bu səbəbdən də, onun rəhbərləri media ilə təmaslardan yayınır.
Bir müddət əvvəl Temurxan açıqlamasında bəyan etmişdi ki, partiyanın lideri Lalə Şövkət seçkilərdə namizədliyini verməyəcək. Görünən budur ki, lider seçkiyə getmədiyi üçün partiya da onun yedəyində getməyə qərar verib.
Cavidan