14 Sentyabr 2015 12:33
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kommunist Partiyası (AKP) qarşıdan gələn parlament seçkilərində 50 namizədlə iştirak etmək niyyətindədir. Bu barədə Teleqraf.com-a açıqlamasında AKP sədri Rauf Qurbanov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Kommunist Partiyası seçkilərə ciddi hazırlaşır: "Artıq bizim üzvlər öz sənədlərini seçki komissiyalarına təqdim edirlər. Bəziləri sənədlərini verib və indi imza toplamaqla məşğuldular. Mən özüm də bu yaxınlarda respublukada müvafiq dairələrdən birindən namizədliyimi irəli sürəcəm. Seçkilərdə iştirakla bağlı qərarı AKP MK -nın plenumu verib. Bütün bunlarla yanaşı Azərbaycan Kommunist Partiyası bu ilin oktyabr ayında özünün növbəti XXXVIII(V) qurultayını keçirməyə hazırlaşır".

Ayxan


Müəllif:

Oxşar xəbərlər