“Bu qətnamə yalnız Azərbaycan hakimiyyətinin təhqiri deyil. Bu qətnamə həm də xalqa təhqiridir".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı VHP sədri Sabir Rüstəmxanlı deyib: “Heç kim demir ki, Azərbaycan hakimiyyətinin qüsuru yoxdur. Amma buna yanaşmanın özü qüsurlu və qərəzlidir. Biz ikili standartları görürük və buna uyğun olaraq, işimizi qurmalıyıq. Burada şübhəsiz, erməni lobbisinin ardıcıl və qərəzli rolu var. Bu gün islama və türkçülüyə qarşı gedən oyunlar görünür. Azərbaycanı ayrıldığı şər imperiyasına doğru itələmək cəhdi var. Burada Azərbaycan və Avropa münasibətlərini qoparmaq cəhdi var. Bir müsəlman ölkəsi “normal və demokratik ölkə qura bilmız” mesajı var. Burada xəyanət silsiləsi var. İranla bağlı sanksiyalar aradan qaldırılır. "Ərəb baharı" adı altında şərqi qarışdırıblar, Azərbaycan isə bir sabitlik adasıdır. İndi də Azərbaycanı qarışdırmaq istəyirlər. Jurnalistin ölümünü qabardırlar. Hamımız bilirik ki, Rasim Əliyevi əslində operator idi. İndi deyirlər ki, bu hakimiyyətə qarşı olan jurnalist idi və ona görə də öldürülüb. Kişinin kişi, qadının qadınla evlənməsini stimullaşdıran Avropa dünyanı hara aparır? Bu, gizli və açıq müharibədi, məqsəd isə millətlərin öz simasını itirməsinə nail olmaqdır. Bu, bir millətin heysiyyatına qarşı olan qərəzli qətnamədir. Azərbaycan dövləti buna ləyaqətli cavab verib, Milli Məclisin də cavab verəcəyinə inanıram”.
Nemət