14 Sentyabr 2015 17:02
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qətnamədə göstərilən məqamların heç biri doğru deyil”

Milli Məclisin sessiyasında çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə haqqında danışıb.

Teleqraf.com-un xəbərinə görə, millət vəkili bildirib ki, doğrudan da bu gün parlament Azərbaycan üçün çox əhəmiyyətli müzakirəyə toplaşıb: “Azərbaycan xalqının iradəsinə və dövlətinin müstəqilliyinə qarşı qəbul olunan qətnamənin müzakirəsi üçün bura toplaşmışıq. Bu qətnamə demoqoqiya, yalan, böhtan və anti-sülh xarakteri daşıyır. Burada göstərilən məsələlərin heç biri doğru deyil. Bu qətnamə reallığı əks etdirmir. Çünki bu gün Azərbaycana gələn xarici qonaqların hər bir etiraf edir ki, Azərbaycan dünyada inkişaf edən və nümunəvi dövlətdir. Bu gün dünyanın ayrı-ayrı yerlərində qanlı müharibələr və münaqişələr baş verir. Ancaq Azərbaycanda sabitlik və inkişaf hökm sürür. Azərbaycan regionun ən güclü və sabit ölkəsidir. Azərbaycan region üçün əhəmiyyətli ölkədir. Bu gün bəzi anti-milli dairələr erməni lobbisinin təsiri ilə ölkəmizə qarşı qarayaxma kampaniyalar aparırlar. Məhz bu səbəbdən də bu cür böhtan xarakterli sənəd qəbul olundu. Hesab edirəm ki, bu cür sənədlər Azərbaycanı ayıq-sayıq etməlidir. Biz bu cür sənədlərə qətiyyətlə cavab verməliyik”.

Nemət


Müəllif:

Oxşar xəbərlər