14 Sentyabr 2015 18:08
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çoxları bu mikrofan qarşısında qəhrəman olurlar. Ancaq xaricdə səsləri çıxmır”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədən kənar iclasında çıxışı zamanı yəhudi əsilli deputat Yevda Abramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan əleyhinə olan şəxsləri vaxtında ifşa etmək laızmdır. Y.Abramov deyib: “Nədənsə bizimkilər xaricdə lal olurlar. Xaricdə danışqmaq lazımdır. Düşməni evində boğmalıyıq. Milli satqınlara qarşı daha ciddi mübarizə aparmalıyıq. Hətta, Azərbaycandakı milli satqınlar gənc Heydər Əliyevin tələbəlik fəaliyyətini, şeirlərini izləyirlər. Çoxları gənc Heydər Əliyevin mükəmməl təhsilinə və tərbiyəsinə görə ondan qorxurlar, çəkinirlər. Çünki qorxurlar ki, 5-10 ildən sonra Azərbaycanda Heydər Əliyev kimi tərbiyəli və savadlı gənc böyüyür”.

Vasif Həsənli


Müəllif:

Oxşar xəbərlər