15 Sentyabr 2015 12:05
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Parlamentinin qətnaməsi olduqca absurddur və orada bir sıra tənqid olunası məqamlar var. Aydın görünür ki, avropalı deputatlar Azərbaycandakı durumla bağlı düzgün məlumatlandırılmayıblar. Qətnamədə qeyd olunur ki, jurnalist Rasim Əliyev sosial şəbəkədə prezident İlham Əliyevi sərt tənqid etdiyi üçün qətlə yetirilib. Halbuki, hər kəs jurnalistin ölüm işinin səbəblərini bilir və cinayətdə şübhəli bilinənlər həbs olunublar. Sonra ATƏT-in Bakı ofisinin bağlanmasını orada göstəriblər. Adamdan soruşarlar ki, Avropa İttifaqına üzv 27 dövlətin hansında ATƏT-in ofisi fəaliyyət göstərir ki, Azərbaycandan da bunu tələb edirsiz?"

Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qətnaməyə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, konstruktiv tənqid olsaydı, Azərbaycan hökuməti buna daha ciddi yanaşardı. Amma indi qətnaməni kağız parçası sayıb kənara tulladı. Yəni qətnamənin əhəmiyyəti nə oldu? Orada beş-altı adam Azərbaycanı istəməyən qüvvələrin pulu ilə qətnamə hazırladılar və o da kağız parçası hesab olundu. Aİ Parlamentinin qətnaməsində ATƏT-in Proqram Koordinatorluğunun fəaliyyətinin dayandırılması ilə bağlı müddəaya səs verərkən parlament üzvləri fərqində olublarmı ki, Aİ üzvü olan 27 dövlətin heç birində, həmçinin Aİ üzvülüynə namizəd olan dövlətdə ATƏT-in ofisi, missiyası, proqram koordinatorluğu, müşahidə-nəzarət qrupu və s. strukturu yoxdur? Niyə? Bəlkə bu ölkələrdə ATƏT regionunda mövcud olan problemlərdən heç biri yoxdur? Məslən ksenofobiya, miqrant problemi, dini dözümsüzlük, roman qrupuna daxil olan xalqın problemi və s. Aİ Parlament üzvləri diqqət yetiriblərmi ki, ATƏT üzvü olan 57 dövlətdən yalnız 12-də ATƏT-in yuxarıda sadalanan hər hansı bir təsisatı var? Aİ Pralament üzvləri 11 ATƏT üzvü olan ölkələrdə bu missiya, ofis, proqram koordinatorluğu və s. bağlanarkən hər hansı qətnamə qəbul ediblərmi? Məsələn, Gürcüstanda 2008-ci ildən ATƏT ofisi fəaliyyət göstərmir (səbəbi nə olursa-olsun). Bu hal Aİ Parlamentarilərini niyə narahat etmir? Azərbaycan ATƏT-lə imzaladığı anlaşma memorandumuna sadiqliyini nümayiş etdirmişdi və ATƏT-in Proqram Koordinatorluğu uğurla fəaliyyət göstərirdi. ATƏT üzvü olan dövlətlərdən birinin antiazərbaycan mövqeli səfirinin hikkəsi ilə səlahiyyətlərinin icrasına yeni başlamış səfirin absurd əsasla geri çağırılmasına özünə hörmət edən istənilən dövlətin reaksiyası necə olmalı idisə, Azərbaycan dövlətinin də münasibəti o cür oldu. Hətta bir az da yumuşaq".


Müəllif:

Oxşar xəbərlər