15 Sentyabr 2015 16:37
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərin 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. SİA-nın xəbərinə görə, bunu YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib.

Onun sözlərinə görə, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatlarının əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb: "Namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”.


Müəllif:

Oxşar xəbərlər