15 Sentyabr 2015 17:17
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Çexiya nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniştərkibli görüşdə Çexiya Prezidenti Miloş Zemanı Bakıda salamlayaraq qeyd edib ki, bu, Çexiyanın dövlət başçısının Azərbaycana ilk səfəridir.

Prezident ümid etdiyini bildirib ki, bu səfər uğurlu keçəcək.

Dövlət başçısı qeyd edib ki, tərəflər uğurla inkişaf edən ikitərəfli münasibətlərin səviyyəsini yüksəldəcəklər: "Biz iqtisadi, siyasi, mədəniyyət, eləcə də energetika sahələrində əməkdaşlıq edirik. Bizim aramızda tam qarşılıqlı anlaşma mövcuddur. İkitərəfli səviyyədə biz (Prezident Miloş Zemanla - red.) bir neçə dəfə Çexiya və digər yerlərdə görüşmüşük.

İlham Əliyev deyib ki, hər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı, eləcə də regional münaqişələrin həlli məsələlərində tam qarşılıqlı anlaşma var: "Bu gün regionda vəziyyəti, regional sabitliyi də müzakirə etdik. Qabaqcadan proqnozlaşdırma müsbət inkişafın vacib elementlərindən biridir. Sabitliyin pozulduğu ölkələrdə çox mənfi nəticələri görürük".

Prezident vurğulayıb ki, Azərbaycan və Çexiya yaxşı tərəfdaş və dost ölkələrdir: "Biz diqqəti iqtisadi əməkdaşlığı necə stimullaşdırmaq üzərində cəmləyəcəyik. Sabah ölkələrimizin işgüzar dairələrinə müraciət edəcəyik".

Dövlət başçısı əlavə edib ki, Azərbaycan və Çexiya arasında əmtəə dövriyyəsinin artımı müşahidə edilir və ticarəti indikindən daha da balanslı etmək üçün onun strukturuna yenidən baxmaq lazımdır.


Müəllif:

Oxşar xəbərlər