15 Sentyabr 2015 17:27
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Avstraliyada səfərdədir. Millət vəkili ölkənin paytaxtı Kanberra şəhərində Avstraliya Senatının prezidenti Stiven Perri ilə görüşüb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsi, ticari-iqtisadi əməkdaşlıq, sosial və humanitar sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20 faiz ərazisinin işğal edilməsi, bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, problemin nizamlanması istiqamətində həyata keçirilən tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə Milli Məclisin Sədri Oqtay Əsədovun Avstraliya Senatının prezidenti Stiven Perriyə ünvanlanmış Azərbaycana rəsmi dəvət məktubu catdirilib. Dəvət məmnuniyyətlə qəbul edilib.

Həmin gün Xanlar Fətiyev Avstraliya parlamentinin İqtisadi komitəsinin sədri Con Aleksandr, Sənaye və kənd təsərrüfatı komitəsinin sədri Rouen Ramzeylə görüşüb.

Nemət


Müəllif:

Oxşar xəbərlər