Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının müvəqqəti Mərkəzi Qərərgahında AMİP rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfiri cənab Robert F. Sekuta arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan Milli İstiqlal Partiyasını AMİP sədri Yusif Bağırzadə, AMİP Baş katibi Arzuxan Əlizadə və AMİP Beynəlxalq əlaqələr katibi Elşən Mustafayev təmsil etmişlər.
Görüş zamanı əsasən Azərbaycanda keçiriləcək parlament seçkiləri, xüsusilə də Avropa Parlamentində Azərbaycanla əlaqədar qəbul edilmiş qətnamə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosu tərəfindən parlament seçkilərinə müşahidə missiyası göndərilməməsi fonunda seçkiöncəsi vəziyyət, AMİP-in seçkilərdə iştirakı və digər məsələlər müzakirə olunub. Tərəflər Azərbaycanın regiondakı rolu, AMİP-in beynəlxalq əlaqələri ilə bağlı məsələləri də müzakirə edib. ABŞ səfirini görüşdə Səfirliyin Siyasi İşlər üzrə müşaviri xanım Syuzan Çesli müşaiyət edib.
Cavidan