Millət vəkili Fuad Muradov bu il keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bəyan edib.
Teleqraf.com-un məlumatına görə, o, sosial şəbəkədəki profilində qeyd edib ki, namizədliyini 34 saylı Xətai ikinci Seçki Dairəsindən irəli sürməyə qərar verib: “V çağırış Milli Məclisə keçiriləcək seçkilərdə Azərbaycanımızı sevən, onun müstəqilliyinin qorunub saxlanmasında öz səylərini əsirgəməyən hər bir kəsə uğurlar arzu edirəm. Bu seçkilərin də hər dəfə olduğu kimi yüksək səviyyədə baş tutacağına əminəm.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti sahəsində 18 ilə yaxındır ki, çalışıram. Mənim üçün Vətənimizin hər güşəsi doğma və əzizdir. Bu parlament seçkilərində namizədliyimi 34 saylı Xətai ikinci Seçki Dairəsindən irəli sürməyə qərar verdim. Bizim hər birimiz üçün ən vacib məsələ ölkəmizin ərazi bütövlüyü, müstəqilliyimizin qorunması və Azərbaycanın daha da inkişaf etdirilməsidir. Bu yolda hər zaman olduğu kimi bundan sonra da var qüvvəmlə çalışacağam”.
BƏXTİYAR