16 Sentyabr 2015 20:45
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında 15 sentyabr 2014-cü il tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2015-ci il iyulun 31-də Bakı şəhərində və 2015-ci il iyulun 22-də Moskva şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

İqtisadiyyat və Sənaye Nazirliyinə bu sərəncamda göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətini xəbərdar etmək tapşırılıb.


Müəllif:

Oxşar xəbərlər