18 Sentyabr 2015 16:33
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri İmre Laslotskini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə İ.Laslotski etimadnaməsinin surətini nazirə təqdim edib.

Səfir Azərbycanla Macarıstan arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov İ.Laslotskiyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Müəllif:

Oxşar xəbərlər