Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə mətbuatdan qaçır. Artıq bir həftədən çoxdur ki, partiya sədri mobil telefonunu söndürüb. Bu isə onun mətbuatla təmaslardan qaçması kimi yozulur.
Ancaq qəribədir ki, AMİP-in mərkəzi qərargahından deyirlər ki, Yusif Bağırzadə hər gün işə gəlir və parlament seçkiləri ərəfəsində ciddi fəaliyyətlə məşğuldur, namizədlərin sənədlərinin hazırlanması, onların müvafiq DSK-lara təqdim edilməsi prosesinə şəxsən nəzarət edir.
Ancaq AMİP sədrinin mediadan uzaq gəzməsi bir qədər təəccüb yaradıb. Çünki seçkilər dövründə istənilən namizədin, xüsusilə, partiya sədrinin bu qərarı müsbətə yozula bilməz. Bəziləri isə qeyd edir ki, Bağırzadə başqa nömrə ilə istədiyi şəxslə əlaqə saxlayır.
Cavidan