22 Sentyabr 2015 13:29
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Martirosyan üçün ən təhlükəsiz ölkə Azərbaycandır. Ermənistanda bilirlər ki, Azərbaycan xalqı sözünə bütövdür, ona sığınanı qoruyur, saxlayır. Azərbaycan dövləti də güclüdür və hər kəsin təhlükəsizliyini təmin edir. Bu, Azərbaycan prezidentinin öz siyasətində təsdiqini tapıb. Prezident hər bir vətəndaşın təhlükəsizliyinin qarantıdır. Cənab prezident çıxışlarında bunu dəfələrlə vurğulayıb".

Bunu Teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyanın Azərbaycandan sığınacaq istəməsinə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, Martirosyan məqsədli şəkildə Azərbaycanı seçib: "O, yaxşı bilirdi ki, başqa ölkəyə getsə, axırı yaxşı olmayacaq və erməni hakimiyyəti onu cəzalandıracaq".

B.Səfərov hesab edir ki, ermənilərin öz ölkələrini tərk etmələrinin kökündə bu ölkədə aclıq və səfalətin, bürokratiya və özbaşnalığın hökm sürməsi durur: "Ermənistan xalqı başa düşür ki, onların sonudur. Ona görə də xalq bu günki Ermənistan hakimiyyətinə öz etirazını bildirir. Ermənilər Azərbaycana qaça-qaça gələrlər. Sadəcə, çoxları tərəddüd edir. Elə bilirlər ki, burada onların təhlükəsizliyi təmin olunmayacaq və s. Ermənilərin də içərisində çörək itirməyənlər var. Bilirlər ki, azərbaycanlılar çörəkverəndir, əliaçıqdılar. Amma Ermənistanda elə bir avtoritar rejim var ki, insanlar qorxularından düşüncələrini ifadə edə bilmirlər. Mən sadə ermənilərlə görüşəndə görürəm ki, onlar Azərbaycanın tərkibində yaşamağa hazırdılar. Sadəcə Ermənistan hakimiyyətindən qorxurlar".

B.Səfərov hesab edir ki, ermənilərin Azərbaycana sığınması ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərir: "Sıravi ermənilər bizdən kömək istəyir və biz də onlardan öz köməkliyimizi əsirgəmirik. O erməni ki, Azərbaycana hörmət edir, onu ərazi bütövlüyünü dəstəkləyir, biz ona sığınacaq verməliyik. Amma Azərbaycana qarşı düşmənçilik edən, Dağlıq Qarabağın işğalında iştirak etmiş ermənilər üçün belə güzəştlər edilməməlidir. Yəni sığınacaq üçün Azərbaycana müraciət etmiş ermənilərin kimliyi araşdırılmalıdır. Biz ermənilərlər qonşu olmuşuq. İndi də qonşuyuq. Yəqin ki, bundan sonra da qonşu olacağıq. Nə Ermənistan burada köçəsidir, nə biz. Dağlıq Qarabağdakı ermənilər seçim eləməlidirlər. Ya bizi qəbul edib yaxşı yaşamalıdırlar, ya da Ermənistanda qalıb acından ölməlidirlər".

Ruslan


Müəllif:

Oxşar xəbərlər