23 Sentyabr 2015 15:05
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə partiyanın təmsil olunduğu “Azadlıq-2015” seçki bloku da parlament seçkilərində iştirakla bağlı qərarını rəsmiləşdirəcək. Hazırda blokun Sədrlər Şurasının iclası keçirilir.

Bu barədə Teleqraf.com-a blokun Sədrlər Şurasının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc verib.

Ə.Oruc bildirib ki, iclasda parlament seçkilərinin boykot edilməsi məsələsinə baxılacaq: “Əksəriyyət belə fikirdədir ki, indiki şəraitdə seçkidə iştirakın mənası yoxdur”.

Əhməd Oruc deyib ki, “Azadlıq-2015” seçki bloku seçkini boykot etməyəcəyi təqdirdə rəhbərlik etdiyi partiya seçkilərdə iştirak etməyəcək.

Amma Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bütün hallarda seçkilərdə iştirak edəcəklərini bildirib. Sədrlər Şurasında yaranan fikir ayrılığı blokun fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

Ayxan


Müəllif:

Oxşar xəbərlər