Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.
Bu barədə ALP sədri Əvəz Temirxan məlumat verib.
Ə.Termixan bildirib ki, L.Şövkət parlament seçkilərində deputatlığa namizədliyini irəli sürməmək qərarına gəlib: “Lalə xanımla mütəmadi əlaqə saxlayırıq, siyasi proseslərlə bağlı məsləhətləşmələr aparırıq. Lalə xanım deputatlığa namizədliyini irəli sürmək fikrində deyil”.
ALP sədri özünün də parlament seçkilərində iştirak etməyəcəyini qeyd edib.
Nərgiz