ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında səmərəli danışıqların olacağını gözləyir.
Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.
C.Uorlik qeyd edib ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşmək üçün yaxın vaxtlarda Nyu-Yorka gələcək: "Biz səbirsizliklə səmərəli danışıqları gözləyirik".