26 Sentyabr 2015 22:47
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kievdə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın (GUAM) Katibliyinin binasında kibertəhlükəsizlik üzrə işçi qrupun 3-cü iclası keçirilib.

Publika.az-ın məlumatına görə, GUAM-ın iştirakçısı olan dövlətlərin nümayəndə heyətləri tədbirin gündəliyindəki məsələlərin müzakirəsində iştirak ediblər. İki gün davam edən iclasda, xüsusi halda, GUAM-ın iştirakçısı olan dövlətlərdə kibertəhlükəsizlik sahəsində operativ vəziyyətin aktual məsələləri və həmin dövlətlərin bu sahədə fəaliyyəti, kibertəhlükəsizlik sahəsində informasiya mübadiləsinin formatı, informasiya texnologiyalarından istifadə ilə bağlı əsas risklər haqqında cəmiyyətin məlumatlandırılması üçün istifadə edilən metodlar müzakirə olunub.

Qrupun gördüyü işin yekunları haqqında protokol tərtib edilib. Növbəti iclas 2016-cı ilin aprelində olacaq.


Müəllif:

Oxşar xəbərlər