29 Sentyabr 2015 16:11
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş namizədlər Milli Məclisin deputatlığına namizəd kimi dairə seçki komissiyaları tərəfindən qeydə alınıblar.

Bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, bununla da, Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanıb.

Onu da bildirək ki, 1 noyabr 2015-ci ilə təyin edilmiş Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 117 dairə üzrə namizəd irəli sürülmüşdü. Uğurla başa çatmış imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər