1 Oktyabr 2015 00:12
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız plenar sessiyasının üçüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı “Dini azadlıq və demokratik cəmiyyətdə birgə yaşama” adlı məruzəsi müzakirə olunaraq qəbul edilib.

Dini azadlığın demokratik cəmiyyətin təməl prinsiplərindən biri olduğunu bildirən avroparlamentarilər bu mövzuya dair məruzənin AŞ PA –da müzakirəsini önəmli sayıblar. Qeyd edilib ki, dini azadlıq İnsan Haqlarına dair Avropa Konvensiyasında da təsbit olunub. Dini azadlıq bir hüquqdur, amma o, digər hüquq və azadlıqların yerinə yetirilməsinə mane olmamalıdır. O, birgə yaşamanın əsas prinsiplərindən biridir.

Məruzədə qeyd olunur ki, dövlətlər və dinlər demokratiki cəmiyyətlərin üzləşdiyi fanatizm və dini ekstremizm, ksenofobiya və fərqliliyin rədd edilməsi kimi problemlərə cavab olaraq, dialoqu və qarşılıqlı hörməti gücləndirmək üçün birgə səy göstərməlidirlər.

“Birgə yaşamanın əsasını təşkil edən ümumi dəyər və prinsiplərin təşviqində dinlər əsas məsuliyyəti var. Təhsil mövhumata qarşı mübarizə aparmaq, stereotipləri dağıtmaq, etimad və qarşılıqlı hörmət yaratmaq və birgə yaşamanın ümumi dəyərlərinə qoşulmağı təşviq etməkdə üçün əsas elementdir. Məktəb də bu sahədə vacib rol oynaır. Bu kontekstdə, dövlətlər və dini icmalar qarşılıqlı eşitmə fürsəti və tənqidi düşüncənin inkişafı üçün əməkdaşlıq etməlidirlər. Avropa Şurası dini icmaların və digər təşkilatların yüksək rütbəli təmsilçiləri ilə sabir dialoq platforması yaratmalıdır...”- deyə məruzədə deyilir.

R. Hüseynov çıxışında vurğulayıb ki, Azərbaycan dünyada tolerantlıq modellərindən biridir.

Sonda məruzənin qətnamə və tövsiyə layihələri əlavə və dəyişiklərdən sonra səs qoyularaq qəbul olunub.

Xatırladaq ki, Rafael Hüseynov indiyədək qurumun hüquqi məsələlər və insan hüquqları, mədəniyyət, elm, təhsil, habelə ətraf mühit, kənd təsərrüfatı, məhəlli və regional məsələlər komitələri çərçivəsində müxtəlif məruzələr hazırlayıb.


Müəllif: